Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon müəllimlərinin sentyabr Konfransı keçirilmişdir.

12 sentyabr 2012 | 15:00

11 sentyabr 2012-ci il tarixində Samux rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans öz işinə başlamazdan əvvəl konfrans iştirakçıları milli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkına gələrək ulu öndərin abidəsini ziyarət etmişlər.
Konfransda Samux rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev, Azərbaycan Respublikası Təhsil nazirliyinin məsul işçisi Nəbi Mahmudov, müəllimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Konfransda Samux rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynovun məruzəsi dillənilmişdir. Məruzədə 2011-2012-ci tədris ilində rayon təhsilinin inkişafı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, bu il ali məktəblərə qəbul üçün 346 nəfər sənəd vermişdir ki, onlardan 156 nəfəri ölkənin ali məktəblərinə qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 27 nəfəri 400-də çox bal toplamışdır ki, onlardan da 4 nəfəri 600- dən yuxarı nəticə göstərmişdir. Samux rayon şahmat məktəbinin şagirdi İsmət Xəlilov şahmat üzrə respublika çempionatında birinci yeri tutaraq Serbiyada keçiriləcək avropa birinciliyinə vəsiqə qazanmışdır.
Konfransda Qarayeri qəsəbə 1 saylı məktəb-litseyin müəllimi İltimas Əliyeva, İnstitut qəsəbə tam orta məktəbin müəllimi İradə Vəliyeva, Samux şəhər 1 saylı məktəb-litseyin müəllimi Almayə Həmzəyeva, şəhər 1 saylı məktəb-litseyin məzunu, 649 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olunmuş Süleyman Tağıyev, Şahmat məktəbinin şagirdi İsmət Xəlilov çıxış etmişlər.
Təhsil nazirliyinin məhsul işçisi Nəbi Mahmudov çıxış edərək təhsil sahəsində aparılan yeniliklər haqında məlumat vermişdir.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev konfransdakı nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə təhsilinin inkişafına göstərdiyi qayğıdan danışaraq, bu qayğının Samux rayonunu da geniş əhatə etdiyini vurğuladı. Son 9 ildə rayonda 15 yeni məktəb binasının tikilməsi, 14 məktəb binasının, 4 uşaq bağçasının əsaslı təmiri, Şahmat məktəbinin tikilməsi bunun əyani sübutudur. Qeyd etmək lazımdır ki, 2012-ci ildə rayonda 6 yeni məktəb binası tikilir ki, onlardan da 3-ü “Bilik” Günü istifadəyə veriləcəkdir. Başçı sonra rayon təhsilinin inkişafı ilə bağlı tövsiyələrini verdi.
Konfransın sonunda bir qrup qabaqcıl müəllimə və ali məktəblərə qəbul zamanı yüksək bal toplamış məzunlara Samux rayon İcra hakimiyyəti başçısının fəxri fərmanları və qiymətli hədiyyələri verildi.
 

Keçidlər