“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları münasibətilə növbəti tədbir keçirilib
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Samux Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Samux rayonunun İnstitut qəsəbə tam orta məktəbində “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları münasibətilə şənlik keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, “Regional İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin nümayəndələri, iş adamı Sevda Zülfiqarlı, Polkovnik Seymur Həbibullahov, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların, qazilərin, eləcə də aztəminatlı ailələrin övladları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
İlk öncə Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırıb.
Gəngə qarnizonu ideoloji mədəniyyət mərkəzi kollektivinin çıxışı ilə təşkil olunan musiqili-əyləncəli şənlikdə uşaqlar şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar oxuyub, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçiriblər.
Samux Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən şənlikdə balaca tamaşaçılara bayram hədiyyələri təqdim edilib.