Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Alıuşağı kəndində səyyar-görüşü keçirilmişdir.

04 noyabr 2014 | 16:00

   04.11.2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin səyyari görüşü rayonun Alıuşağı kəndində keçirildi.
Səyyari görüşdə  İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri,hüquq-mühafizə orqanlarının,idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qəsəbədə görülmüş işlər və sakinləri narahat edən məsələlər və problemlər haqqında məlumatı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qabil Məmmədov verdi. Sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Belə ki, sakinləri narahat edən bəzi problemlər barədə bir neçə nəfərin çıxışları və təklifləri dinlənildi.
   1. Abbasov Rəhim Abbas oğlu çıxışında  yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş etdi.
   2. Verdiyev Polad Tofiq oğlu çıxış edərək kənddə elektrik xəttinə toxunan ağcların budanılması təklifini irəli sürdü.
   3. Əsədov Musa Suliddin oğlu isə çıxışında kəndin ərazisindən keçən yola yol nişanlarının yerləşdirilməsi təklifini irəli sürdü.
   Səyyar qəbulu yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri  tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər