Gürcüstan Respublikasının Gəncə şəhərindəki Baş konsulu Samux rayonuna səfər etmişdir.
Gürcüstan Respublikasının Gəncə şəhərindəki Baş konsulu Mamuka Balavadze Samux rayonuna səfər etmişdir. Səfər çərçivəsində qonaq Heydər Əliyev adına Parkda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və Heydər Əliyev Mərkəzində umummmilli liderin həyatını əks etdirən fotolara baxmışdır. Daha sonra rayonda gedən abadlıq-quruculuq işləri ilə tanış olan konsul rayon ərazisində tikilən uşaq bağçaları, Alternativ Enerji və “Boz dağ” maldarlıq komplekslərində olmuşdur.
Səmimi dostluq şəraitində keçən görüş Yeni Azərbaycan Partiyasının Samux rayonunda yeni inşa edilən inzibati binasında davam etdirilmişdir. Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasındakı sosial, iqtisadi və mədəni əlaqələrin yüksək səvəyyədə olduğunu vurğulayaraq Azərbaycan-Gürcüstan xalqlarının qarşılıqlı dostluq və qonşuluq münasibətlərindən danışdı və əsası uluöndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələrin bu gündə cənab prezidentimiz İlam Əliyev uğurla davam etdirdiyini bildirdi. Qonaq çıxış edərək Respublikamıza gedən sosial iqtisadi inkişafdan heyranlıqla söhbət açdı və göstərilən qonaqpərvərliyə görə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevə öz minnətdarlığını bildirdi.