Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Lək kəndində səyyar-görüşü keçirilmişdir.
21.10.2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin səyyari görüşü rayonun Lək kəndində keçirildi.
Səyyari görüşdə İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri,hüquq-mühafizə orqanlarının,idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qəsəbədə görülmüş işlər və sakinləri narahat edən məsələlər və problemlər haqqında məlumatı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Bayramov Rafiq verdi. Sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Belə ki, sakinləri narahat edən bəzi problemlər barədə bir neçə nəfərin çıxışları və təklifləri dinlənildi.
1. Xəlilov Eynulla Mehman oğlu çıxışında məktəbin qarşısındakı yola, yol-hərakat qayda nişanlarının quraşdırılması təklifini irəli sürdü.
2. Namazov İsmizahid Niyaz oğlu yeni salınmış yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş etdi.
3. Nəbiyev Cahangir Hidayət oğlu kəndə 1 ədəd subartezian quyusunun vurulması xahişini etdi.
4. Hüseynova Rəsmiyyə Müzakir qızı kənddə uşaq bağçasının açılmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi