Azərbaycan Respulikası Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun doğum gününə həsr olunmuş «Mahir Nişançı» güllə atıcılığı üzrə rayon birinciliyi başa çatmışdir.
21 oktyabr 2014-cü il tarixdə Samux rayon Əhmdbəyli kəndində Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun doğum gününə həsr olunmuş “Mahir Nişançı” güllə atıcılığı üzrə rayon birinciliyi keçirilmişdir. Əvvəlcə rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev və rayon ictimayyəti, qəhrəmanın validenləri ilə birlikdə qəhrəmanın məzarını ziyarət etmiş, gül çiçək dəstələri qoymuşlar. Sonra Əhmədbəyli kənd tam orta məktəbin idman zalında “Mahir Nişançı” güllə atıcılığı yarışı başlamışdır. Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev çıxış edərək qeyd etdi ki, bildiyimiz kimi milli qəhrəmanın bu gün doğum günüdür. Milli Qəhrəmanımızın təbliği gənclər arasında vətənpərvərlik ruhunun yuksəldilməsinə böyuk təkan verir. Bu cür silsilə tədbirlər daha da ənənəvi hal almalıdir.
Sonra Milli qəhrəmanımızın atası çıxış edərək diqqət və qayğıya görə rayon rəhbəriyinə öz dərin minnətdarlığını bildirmişdir. 21 tam orta məktəbin iştirak edtdiyi yarışda I yerə Ağasıbəyli, II yerə Seyidlər, III yerə isə Qarayeri 2 saylı tam orta məktəb komandaları layiq görülərək rayon rəhbərliyi tərəfindən kubok və diplomlarla təltif olunmuşlar.