Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olundu

18 oktyabr 2014 | 15:00

17 oktyabr 2014-cü il tarixində Samux rayon İcra Hakimiyyətinin akt zalında  Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Samux  rayonu İcra hakimiyyətinin məsul işçiləri və rayon ziyalıları iştirak edirdi.
       Tədbiri giriş nitqi ilə Samux  rayon İcra hakimiyyəti başçısı Alı Qocayev açaraq qeyd etdi ki, Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Bir sözlə əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi  mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.
      Daha sonra tədbirdə geniş məruzələrlə çıxış edənlər qeyd etdilər ki, Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsü

Keçidlər