Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində “Müstəqillik Məktəblilərin Gözü ilə”rəsm müsabiqəsi keçirilmişdir.

15 oktyabr 2014 | 15:00

15 Oktyabr 2014-cü il tarixində Samux Rayon Heydər Əliyev Mərkəzində Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 18 Oktyabr Müstəqilllik gününə həsr edilmiş “Müstəqillik Məktəblilərin Gözü ilə” rəsm müsabiqəsi təşkil edildi. Müsabiqədə rayonun müxtəlif ümumtəhsil məktəblərinin istedadlı şagirdləri iştirak edirdi.Tədbirin həyata keçirilməsində əsas məqsəd istedadlı şagirdləri bir araya toplayaraq ,onların potensialını üzə çıxarmaq və bununla da rayonun inkişafına müəyyən yardım etməkdən ibarətdir.Tədbirdə Samux Rayon İcra Hakimiyyəti Nümayəndələri,Heydər Əliyev Mərkəzinin kollektivi,Samux Rayon Təhsil Şöbəsinin əməkdaşları da iştirak edirdilər.Müsabiqədə qalib olanlar Heydər Əliyev Mərkəzi tərəfindən təsis edilmiş diplom və qiymətli hədiyyələrlə təltif olundular.

Keçidlər