Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda bəy və gəlinin nikahları Heydər Əliyev Mərkəzində qeyd edildi

15 oktyabr 2014 | 15:00

15 oktyabr  2014-cü il tarixdə Samuxda yeni evlənən 2 cütlüyün təşəbbüsü ilə nikahları Heydər Əliyev Mərkəzində qeydiyyata alınıb. Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyan cütlüklər daha sonra mərkəzdə ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olublar. Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Samux şöbəsinin əməkdaşları cütlüyün nikahını rəsmiləşdirərək, şəhadətnamələri onlara təqdim ediblər. Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından yeni ailələrə və onların valideynlərinə göz aydınlığı verilib, qiymətli hədiyyələr təqdim olunub. Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev daim milli-mənəvi dəyərlərimizə, minilliklərdən süzülüb gələn ailə ənənələrimizə yüksək qiymət verib. Azərbaycan gəncliyinin inkişafına həmişə qayğı göstərib. Ona görə də Heydər Əliyev Mərkəzində nikahları rəsmiləşdirilən gənclər sağlam və nümunəvi ailə qurmaqla cəmiyyət qarşısında öz vəzifələrini ləyaqətlə yerinə yetirməlidirlər. Cütlüklər şirinlik əlaməti olaraq hazırlanmış tortu kəsiblər. Gənclər yeni nəslin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər. Yeni ailə qurmağa hazırlaşan gənc oğlan və qızları nikahlarının məhz Heydər Əliyev Mərkəzində qeydiyyata alınmasına səsləyiblər. Yeni evlənən gənclər vağzalı sədaları altında Heydər Əliyev Mərkəzindən toy məclisinə yola salınıblar

Keçidlər