Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun İnstitut qəsəbəsində səyyar-görüşü keçirilmişdir.

15 oktyabr 2014 | 15:00

14.10.2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin səyyari görüşü rayonun İnstitut  qəsəbəsində keçrildi.
Səyyari görüşdə  İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri,hüquq-mühafizə orqanlarının,idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qəsəbədə görülmüş işlər və sakinləri narahat edən məsələlər və problemlər haqqında məlumatı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məmmədov Səbuhi verdi. Sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Belə ki, sakinləri narahat edən bəzi problemlər barədə bir neçə nəfərin çıxışları və təklifləri dinlənildi.
1. İmanov  Vilayət  Hökümalı oğlu çıxışında yeni məktəb binasının tikilməsini       təklif etdi.
2. Xəlilova  Atlas Məhəmməd qızı qəsəbədə 1 ədəd  yararsız elektrik dirəyinin dəyişdirilməsini xahiş etdi.
3. Pirixotka Svetlana  Nikolayevna  bağçada  rus dilində qrupun açılmasını   təklif etdi.
4. Əyyubova  Pərixan Məhəmməd qızı  isə qəsəbədə içməli  su  xəttinin cari təmirini 
təklif etdi.


Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə   sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər