Samux rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Hesabat yığıncağı keçirilmişdir.
Son illər Azərbaycan Respublikası dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. İndi ölkəmizin iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müstəqil, düşünülmüş siyasətin məntiqi nəticəsidir.
Cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 08 oktyabr tarixində keçirilən iclasında 2014-cü ilin doqquz ayında sosial-iqtisadi sahədə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verilmişdir.
2014-cü ilin doqquz ayında əsas iqtisadi göstəricilər:
- Ümumi daxili məhsul 2,5 faiz artmışdır;
- Qeyri neft sektorunda 6,0 faiz artım olmuşdur;
- Əhalinin pul gəlirləri 5,4 faiz artmışdır;
- İnflyasiya cəmi 1,5 faiz təşkil etmişdir;
- Ölkə iqtisadiyyatına 19 milyard manat investisiya qoyulmuşdur və onun 11 milyard manatını yerli sərmayələr təşkil edir;
- İlin əvvəlindən valyuta ehtiyatlarımız 3,6 milyard manat artaraq 53 milyard manat olmuşdur.
Dünya İqtisadi Forumunun qlobal rəqabət indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artmış, ölkəmiz bu siyahıda 144 dövlət arasında 38-ci yerə yüksəlmişdir.
Yeni dövlət proqramının qəbul edilməsi sayəsində doqquz ay ərzində 100 min yeni iş yeri açılmışdır və bunun 80 mini daimidir.
Son illər ölkəmizin ixrac potensialının artması müşahidə olunur, bu sahədə yeni imkanlar yaranır, Azərbaycan xaricə kənd təsərrüfatı məhsullarının ixracını genişləndirir. Nazirlər Kabinetinin iclasında ölkəmizdə bu məsələ ilə bağlı böyük işlərin görüldüyünü vurğulayan cənab Prezident mövcud imkanlardan səmərəli şəkildə istifadə edilməsinin vacibliyini önə çəkmişdir.
İcra edilən hər layihənin ölkənin həyatında özünəməxsus yeri və əhəmiyyəti var. Taxtakörpü və açılışı ilin sonuna qədər nəzərdə tutulan Şəmkirçay su anbarları on min hektarlarla yeni torpaq sahəsinin dövriyyəyə daxil olmasına imkan verəcəkdir.
Məlumat üçün bildirirəm ki, Şəmkirçay su anbarının istifadəyə verilməsi rayonumuz üçün də çox böyük əhəmiyyət daşıyır. Bu rayonda 7 min hektara yaxın əkin sahəsinin suvarılmasını təmin edəcəkdir ki, bu da rayonun ümumi əkin sahəsinin təxminən 30 faizini təşkil edir.
2014-cü ilin birinci yarısı rayonumuz üçün də uğurlu olmuş, geniş tikinti – quruculuq, abadlıq işləri həyata keçirilmişdir.
2014-cü ilin doqquz ayında sosial-iqtisadi inkişafın əsas iqtisadi göstəricilərinin təhlili bunu deməyə əsas verir.
- Ümumi məhsul buraxılışının həcmi 75,0 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən (72,4 mln.manat) 3,4 faiz çoxdur.
- Kənd təsərrüfatı məhsullarının həcmi 1,6 faiz artaraq 42,5 milyon manat,
- Tikinti 3,5 faiz artaraq 6,7 milyon manat,
- Ticarət dövriyyəsi 8,2 faiz artaraq 20,2 milyon manat təşkil etmişdir.
- Pərakəndə əmtəə dövriyyəsi 4,5 faiz,
- Əhalinin gəlirləri 19,4 faiz,
- Orta aylıq əmək haqqı 7,1 faiz,
- Əsas kapitala yönəldilən investisiya 2,6 faiz artmışdır.
Hesabat dövründə rayonda geniş tikinti-quruculuq işləri aparılmışdır.
Bildiyiniz kimi rayonumuz Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaq bağçalarının tikintisi ilə bağlı təşəbbüsünə ilk qoşulanlardandır və qısa müddət ərzində rayon mərkəzində hər biri 100 yerlik olan iki körpələr evi-uşaq bağçalarının tikintisinə nail olmuşdur.
28 may küçəsində inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə tam hazırdır.
Kür küçəsində inşa edilən körpələr evi-uşaq bağçası isə yaxın vaxtlarda istifadəyə hazır olacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 09 iyun 2014-cü il tarixli Sərəncamı ilə 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Samux - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux avtomobil yolunun tikintisi uğurla davam etdirilir. Hazırda avtomobil yolunun 12 km-lik hissəsində işlər başa çatmaq üzrədir.
Yolun qalan 24,5 km-lik - Əlibayramlı – Qarabağlar – Çobanabdallı - Samux hissəsinin və avtomobil yolunun Gəncə çayı ilə kəsişən hissəsində üç aşırımlı körpünün tikintisi üçün layihə-smeta sənədləri tam hazırlanmışdır.
Rayon Telekommunikasiya Qovşağının inzibati binasının tikintisi başa çatmaq üzrədir, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon İdarəsinin inzibati - laboratoriya binasının tikintisində işlər davam etdirilir.
Rayon iqtisadiyyatının inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq Sarıqamış kəndi ərazisində yaradılan 2500 başlıq iribuynuzlu malqara üçün nəzərdə tutulmuş “Boz dağ” heyvandarlıq kompleksinin və “Aqroenerji” kompleksinin tikintisində işlər davam etdirilir.
Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 840 yeni iş yeri yaradılmışdır ki, onlardan da 765-i daimi iş yerləridir.
Görülmüş işlərlə yanaşı qarşımızda görüləcək işlər də vardır:
- ilk növbədə hesabatda qeyd edilən tikinti - quruculuq işlərinin qısa müddətdə başa çatdırılmasıdır;
- bununla bərabər Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər avtomobil yolunun qalan hissəsinin və Gəncə cayı üzərində körpünün tikintisinin həyata keçirilməsidir;
- şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdəndir və bu sahədə müvafiq işlər aparılır;
- rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin kanalizasiya və mərkəzləşdirilmiş içməli su sisteminin qurulmasının reallaşması istiqamətində də işlər aparılır;
- Qarabağ müharibəsi əliləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşması da diqqət mərkəzindədir;
- qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və əhalinin məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir.
Qeyd etdiyimiz vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görülür. İnanıram ki, sizinlə birgə qarşıya qoyduğumuz bütün vəzifələrin həyata keçirilməsini təmin edəcəyik.