Şriftin ölçüsü :

Saytın rəngi :

“ƏMƏK YARMARKASI” keçirilmişdir

06 sentyabr 2012 | 15:00

05 sentyabr 2012-ci il tarixində Samux rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən rayonda növbəti “ƏMƏK YARMARKASI” keçirilmişdir.
Yarmarkada rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Dövlət Məşğulluq Xidmətinin məsul işçisi Xətai Mehrəliyev, rayon idarə, müəssisə və təşkilatların rəhbərləri, iş adamları, ictimaiyyət nümayəndələri, işaxtaranlar və kütləvi informasiya vasitələri iştirak edirdilər.
Tədbiri Samux rayon Məşğulluq Mərkəzinin direktoru Xaliq Həsənov açaraq “ƏMƏK YARMARKASI” na çıxarılmış boş iş yerləri haqqında məlumat verdi. Samux rayon İcra Hakimiyyətinin başçısının müavini Qəzənfər Əliyev və Dövlət Məşğulluq Xidmətinin məsul işçisi Xətai Mehrəliyev tədbirdə çıxış edərək Azərbaycan xalqının milli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən keçirilən Əmək Yarmarkalarının vətəndaşların məşğulluğunun təmin olunmasındakı əhəmiyyətindən danışdılar.
Hazırkı “ƏMƏK YARMARKASI” na rayonun 37 müəssisədən 193 boş iş yeri çıxarılmışdır. İş yeri təqdim edən müəssisələrdən 17-si dövlət müəssisəsi, 15-i qeyri-dövlət müəssisəsi və 5-i isə fiziki şəxslər olmuşdur. Dövlət müəssisələri tərəfindən 126, qeyri-dövlət müəssisələrindən 43 və fiziki şəxslər tərəfindən 24 boş iş yeri işaxtaranlara təqdim olunmuşdur. Təqdim olunmuş boş iş yerlərində əmək haqqının minimum həddi 93,5 manat, maksimum həddi 1152,0 manat təşkil etmişdir.
“ƏMƏK YARMARKASI” nda 300 nəfər işaxtaran vətəndaş iştirak etmişdir ki, onlardan da 52 nəfərinə münasib iş yerlərinə göndərişlər verilmişdir.

 

Keçidlər