Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda ağacəkmə aksiyası keçirilib.

13 oktyabr 2014 | 15:00

Samuxda «Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et» şüarı altında ağacəkmə aksiyası keçirilib. Kampaniya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA-nın təşəbbüsü ilə «Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et» şüarı altında reallaşıb. Rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, idarə və müəssisələrdən yüzlərlə könüllü gün ərzində 2 mindən çox ağac əkib. Ərazi Samux rayonun landşaftına uyğun, yol kənarına yaraşıq verən, havanın oksigenlə zənginləşməsində xüsusi rol oynayan «Eldar şamı» ilə yaşıllaşdırılıb.

Keçidlər