Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Çobanabdallı kəndində səyyari görüşü keçirilmişdir.

08 oktyabr 2014 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
   Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
    Əvvəlcə Çobanabdallı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi  kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.

1. Həsənov Vüqar Məmməd oğlu çıxış edərək sahibsiz itlərin zərərsizləşdirilməsini xahiş etdi
2. Şabanova Bahar Məmməd qızı öz çıxışında Şəmkir Maşın Su Kanalının kəndin ərazisindən keçən hissəsinin təmizlənməsini xahiş etdi.
3. Quliyev Asim Nürəddin oğlu isə  kənddə 1 ədəd subartezian quyusunun vurulması təklifini irəli sürdü

Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər