Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Sərkar kəndində səyyari görüşü keçirilmişdir.

30 sentyabr 2014 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sərkar kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
   Görüşdə kənd sakinləri ilə yanaşı  İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
    Əvvəlcə Sərkar inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Asif Tağıyev kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar oldu.

 1. Zeynalova Tinatin Cavanşir qızı kənddə içməli su üçün istifadə edilən subartezianının bərpası təklifini irəli sürdü
       2. Yusifov Fərhad Alıhüseyn oğlu kənddə bankomat aparatının quraşdırılmasını xahiş etdi
       3. Ləzgiyeva Nabat Pənah qızı elektrik enerjisini kənd əhalisinə fasiləsiz verilməsi təklifini irəli sürdü
       4. Abdullayeva Könül Əsgərxan qızı isə kəndin təmizliyi üçün küçələrə zibil qoyulması təklifini irəli sürdü


Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.


 

Keçidlər