Samux rayon Heydər Əliyev Mərkəzində “ Parlaq Düşüncə” Uşaq İnkişaf Mərkəzi yaradıldı
Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə Samux rayon Heydər Əliyev Mərkəzində “Parlaq Düşüncə” Uşaq İnkişaf Mərkəzi yaradıldı.
Belə bir Mərkəzin yaradılmasında əsas məqsəd Samux rayonunda istedadlı uşaqları üzə çıxarmaq, onlara yeni bacarıqlar aşılamaq, liderlik qabiliyyətləri formalaşdırmaq və onları ictimaiyyətə tanıtmaqdır.
26 sentyabr 2014-cü il tarixdə “Parlaq Düşüncə” Uşaq İnkişaf Mərkəzinin təqdimat mərasimi keçirildi.
Təqdimat Mərasimində rayonun Samux şəhəri 1-2-3 saylı, Sərkar, Çobanabdallı, Qarayeri və digər kənd və qəsəbələrində fəaliyyət göstərən uşaq baxçalarının rəhbər və kollektivləri, “Pendik” Uşaq İnkişaf Mərkəzinin rəqs komandası, digər qonaqlar və uşaqlar iştirak edirdi.
Tədbirin rəsmi hissəsində Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyinin İdarə Heyətinin Rəhbəri Aynurə Abdullayeva, “Parlaq Düşüncə” Uşaq İnkişaf Mərkəzinin Rəhbəri Xəzanə Orucova, “Pendik” Elitar Uşaq İnkişaf Mərkəzinin nümayəndəsi Elza Məmmədli çıxış etdilər.
Tədbirin bədii - əyləncəli hissəsində isə uşaq baxçalarının istedadlı rəqs qrupları rəəngarıng çıxışlar etdilər.
Tədbirin sonunda uşaqlar “Parlaq Düşüncə” Uşaq İnkişaf Mərkəzinin loqosu ilə bəzənmiş tortu kəsdilər.