Samux şəhərində “Gənc Qadınlar üçün Nümunəvi Mülki Təşəbbüs Birliklərinin Təşkili” Layihəsi çərçivəsində təlim keçirildi.
Samux rayon Heydər Əliyev Mərkəzində Müasir Gənclik və Sosial Rifah İnkişaf İctimai Birliyinin “Gənc Qadınlar üçün Nümunəvi Mülki Təşəbbüs Birliklərinin Təşkili” Layihəsi çərçivəsində təlim keçirildi.
Təlimi Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə giriş sözü ilə açdı və layihənin vacibliyini vurğuladı.
Sonra Layihə Rəhbəri Etibar Əsədov layihə haqqında iştirakçılara məlumat verdi.
Təlimdə “zoraklıqla müabrizə”, “qadınların ailə hüququ”, “ailədə və cəmiyyətdə qadınların rolu”, “oğlan və qızlar arasında psixoloji harmoniya” və s. mövzularda sessiyalar keçirildi. Təlimi AMEA-nın üzvü, fəlsəfə elmləri doktoru Hüseyn İbrahimov aparırdı.
Təlimdə 30 nəfərdən çox gənc qadın iştirak edirdi.