Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 44 günlük Vətən müharibəsi qazilərinin şərəfinə iftar süfrəsi açıldı.

23 aprel 2022 | 16:00

Samux  rayonunun Qarayeri qəsəbəsindəki “Çinar” şadlıq  evində  Samux  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi qazilərinə iftar süfrəsi açıldı.
İftar mərasimi rayonun imamı  Məmmədov İlham tərəfindən Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıldı.
Tədbirdə  Samux  Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Azərbaycanda və eləcə də Samux  rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğuladı. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini bildirdi.
Rayonun imamı İlham Məmmədov çıxış edərək cənab Ali Baş Komandanın rəhbərliyi ilə işğal edilmiş bütün torpaqların işğaldan azad edilməsində, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Vətən oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışdı.
İftar süfrəsində iştirak edənləri və onların simasında bütün rayon əhalisini müqəddəs ramazan bayramı münasibəti ilə təbrik edən rayon icra hakimiyyəti başçısı xoş arzularını çatdırdı.
Daha sonra Ramazan duası oxundu.

Keçidlər