Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda topraqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi üçün iftar süfrəsi açılıb.

22 aprel 2022 | 16:00

Samux rayonunda topraqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi üçün iftar süfrəsi açıldı.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Samux Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri və rayon içtimaiyyəti iştirak etdi.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi.
RİH başçısı Alı Qocayev qəhrəman vətən oğullarının sayəsində hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda sürətli və böyük quruculuq, abadlıq işlərinin aparıldığını önə çəkdi. O,  çox tez bir zamanda oradakı şəhər və kəndlərimizin yenidən inşa olunacağını, müasir standartlara uyğun infrastruktur və kommunal sistemlərin qurulacağını və beləliklə də oradakı həyatın tezliklə yenidən canlanacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Ramazan günlərində anım tədbirlərin davamlı olacağını, Samux rayonunun digər kənd və qəsəbələrdə də ayrı-ayrılıqda iftar ziyafətlərinin açılacağını qeyd edən başçı burada əsas məqsədin şəhidlərimizin əziz xatirəsini həyatımızın bütün anlarında, xalqımıza xas olan ən əziz günlərimizdə, bayramlarımızda yada salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd etdi.

Keçidlər