Samux rayonunda gənc kadrlar üçün “Mənim Təhsilim –Mənim Fəlsəfəm” adlı layihəyə start verildi
Ümumimilli Liderimiz Heydər Əliyev "Müəllimin vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır!"demişdir.
Samux rayon Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Startegiyasına dəstək olaraq "Mənim Təhsilim -Mənim Fəlsəfəm" adlı yeni layihəyə start verdi.
Məqsəd regionların sosial-iqtisadi inkişafı çərçivəsində müasir bilik və bacarıqlara yiyiələnmiş səriştəli gənc kadrlar üçün şəraitin yaradılması, innovativ təlim metodunun tətbiq edilməsi, təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilin inkişafı istiqamətində təşəbbüslərin dəstəklənməsidir.
Layihə çərçivəsində ilk təlim Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə Samux şəhərində təşkil olundu. Təlimdə Samux rayonun bütün kənd və qəsəbələrinin təhsil ocaqlarında çalışan 50 nəfər kadr iştirak edirdi.
Təlimi ideya müəllifi və təlimçisi Gəncə Dövlət Universiteti Pedaqogika və təhsilin əsasları kafedrasınin dosenti Ziyafət Bayramova apardı.
“Təhsilin fəlsəfəsi elə bir elmi istiqamətdir ki, təhsilin məqsədi və dəyərlərini tədqiq edir, onun məzmununu formalaşdırır, sosial və tarixi kontekstə təhsildə gedən müasir proseslərin qanunauyğunluqlarını öyrənir.” Ziyafət Bayramova vurğuladı.
Layihənin rəhbəri Samux rayon Heydər Əliyev Mərkəzinin Rəhbəri Aygün Həsənzadə “ Dəfələrlə ölkə başçımız vurğulamışdır ki, inkişafın təmin edilməsinin başlıca foktoru insan kapitalının ölkədə yaradılmasıdır.
Məhz bu fikirlər i əsas tutaraq regionda müasir tələblərindən çıxış edərək nəticədə güclü müəllim ordusunun yaradılmasına dəstək olmaq istəyirik.”