Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon tam orta məktəblər arasında “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirldi.

16 aprel 2022 | 16:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə təsdiqlədiyi əsasnaməyə uyğun olaraq 15 aprel 2022-ci il tarixdə şəhər 3 saylı məktəbdə Samux Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlikvə Hərbi Xidmət üzrə Dövlət Xidmətinin Samux Bölməsinin təşkilatçılığı ilə “Şahin”  hərbi–idman oyununun rayon birinciliyi keçirildi. 23 komandanın iştirakı ilə baş tutan yaırşda ümumilikdə 400 nəfər iştirak etdi.
Yarışda həmçinin Samux rayon İcra Hakimiyətinin, Əfqanlstan Müharibəsi Əlilləri İctimai Birliyinin, təşkilatçı qurumların nümayəndələri və 44 günlük müharibədə yaralanan gənclərimiz iştirak edirdi.
“Şahin” hərbi-idman oyunlarının təşkil olunmasında məqsəd ümumtəhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter almasına, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunmasına, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılmasına nail olmaqdır.
Açılış mərasimində ilk öncə vətənimizin ərazi bütovlüyü uğurunda şəhid olmuş şəhidlərimizin xatirəsi 1dəqiqəlik sükut ilə anıldı. Daha sonra himnimiz səsləndi.
Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova komadalara uğurlar arzulayaraq gənclərin vətənpərvər ruhda tərbiyəsindən geniş söhbət açdılar.

Yarış 5 mərhələ üzrə (sıra haırlığı, fiziki tərbiyə, maneələrin dəf olunması, mülki müdafiə, çadırının qurulması) keçirildi.
Oyunların nəticələrinə əsasən, rayon birinciliyində 1-ci yer Samux şəhər 2 nömrəli tam orta məktəb, 2-ci yer Sərkar kənd tam orta məktəb və 3-cü yer Samux şəhər 3 nömrəli tam orta məktəb komandaları tutaraq diplom və kubokla mükafatlandırıldı.
Onu da nəzərinizə çatdıraq ki, Samux şəhər 2 nömrəli tam orta məktəb komandası zona birinciliyində iştirak edəcək.

Keçidlər