Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi.

31 mart 2022 | 16:00

Samux  rayonunda qan yaddaşımızda dərin iz buraxmış “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbir Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Samux rayon təşkilatında keçirildi. Tədbirdə icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri çıxış nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev tarix boyu xarici qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımıları həyata keçirdiyini tədbir iştirakçılarının diqqətinə  çatdırdı.  Belə qanlı olaylardan birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən 31 Mart soyqırımı olduğunu bildirən Alı Qocayev  bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu vurğuladı. Natiq 31 Mart soyqırımına da ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyini qeyd edərək bu hadisənin bir soyqırımı aktı olduğunu qeyd etdi.
Daha sonar Samux rayonu Sərkar kənd orta məktəbinin müəllimi Günel Əhmədova, Samux şəhər 1 saylı tam orta məktəbin müəllimləri Raminə Həsənova və Samux rayonu İnstitut qəsəbə orta məktəbinin müəllimi Dilarə Əsgərova çıxışlarında da  xarici havadarlarının dəstəyi ilə əzəli Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra ermənilərin daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğuladılar.

Keçidlər