Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103 illiyi ilə bağlı tədbir keçirilmişdir.

28 mart 2022 | 16:00

Ümummilli lider Heydər Əliyevin 28 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir.Bu gün münasibəti ilə martın 28-də Samux Rayon İcra Hakimiyyətində tədbir keçirildi. Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev,  DTX-nin Samux rayon şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Kompleksini ziyarət etdilər, önünə gül dəstələri qoydular.
Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev təbrik nitqində 103 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra ümummilli liderimizin əvəzsiz xidmətlərindən, 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açdı. İcra başçısı daha sonra  DTX-nin Samux rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar və hədiyyələr  təqdim etdi.
Daha sonra çıxış edən DTX-nin  Samux rayon şöbəsinin rəisi Heydər Abıyev də çıxışında DTX əməkdaşlarının dövlətimizin təhlikəsizliyinin təmin edilməsi üçün əllərdəb gələnləri əsirgəmədiklərini bildirdi. Çıxış edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də çıxışlarında DTX əməkdaşlarını təbrik edərək işlərində uğurlar arzuladılar.

 

Keçidlər