Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələri və qazilərlə birlikdə Novruz bayramı münasibəti ilə tədbir keçirildi.

18 mart 2022 | 16:00

Samux rayonunda şəhid ailələri və qazilərlə birlikdə Novruz bayramı münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə Qarabağ döyüşlərində şəhid olmuş rayon sakinlərinin əziz xatirəsinə ucaldılmış Şəhidlər Kompeksini ziyarət edərək önünə gül dəstələri qoydular.
Heydər Parkında şəhid ailələri və qazilərlə birgə bayram tonqalı yandırıldı. Şəhid ailələri və qazilərə bayram sovqatı verildikdən sonra tədbirin bədii hissəsi keçirildi.
Şəhid ailələri, qazilər və rayon sakinləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər