Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Ziyadlı kəndində səyyari görüşü keçirilmişdir.

26 sentyabr 2014 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Ziyadlı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
   Görüşdə kənd sakinləri ilə yanaşı  İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
    Əvvəlcə Ziyadlı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qurbanov Rövşən kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar oldu.
1. Quliyev Qoşun İsrafil oğlu çıxışında kəndə verilən təbii qazın təzyiqinin tənzimlənməsi təklifini irəli sürdü
2. Səlmanov  Marif  Nadir oğlu evinin dam örtüyünün təmir edilməsinə  köməklik edilməsi xahiş etdi
3. Səlmanov  Sahib  Adil oğlu 5 ədəd  yararsız elektrik dirəyinin və naqillərinin  dəyişdirilməsi   təklifini irəli sürdü
4. Bayramov  Əlibaba  Faxrəddin oğlu isə 1 ədəd subartezian quyusunun vurulması təklifini irəli sürdü.
         Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər