Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Poylu kəndində şəhid ailələri və qazilərlə birlikdə Novruz bayramı münasibəti ilə tədbir keçirildi.

17 mart 2022 | 16:00

Rayon mərkəzindən 55 km uzaqlıqda yerləşən, Samux rayonunun Poylu kəndində şəhid ailələri və qazilərlə birlikdə Novruz bayramı münasibəti ilə tədbir keçirildi. Tədbirdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə Qarabağ döyüşlərində şəhid olmuş kənd sakinlərinin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoydular. Daha sonra Poylu kəndindən 44 günlük vətən müharibəsində şəhid olan Həsənov Pərviz Fərmayil oğlunun ailəsi Novruz bayramı münasibəti ilə ziyarət edildi.
Kənd meydanında şəhid ailələri və qazilərlə birgə bayram tonqalı yandırıldı. Şəhid ailələri və qazilərə bayram sovqatı verildikdən sonra tədbirin bədii hissəsi keçirildi.
Şəhid ailələri, qazilər və kənd sakinləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər