YAP Samux rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir.
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Samux şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəb və S.Əliyev adına 2 saylı tam orta məktəb ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edən partiya fəalları ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib. Şəfiqə İsayeva Samux şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Lamiyyə Cəfərova sədr müavini; Əminə Cəfərova S.Əliyev adına 2 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri, Elnurə Osmanova isə sədr müavini seçiliblər.
Yığıncaqlarda iştirak edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır.Yeni Azərbaycan Partiyasının fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.