Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 5 Mart – Bədən tərbiyəsi və İdman Günü münasibəti ilə “İdman həftəsi” çərçivəsində “Sağlam Bədəndə Sağlam Ruh” başlığı altında yekun konfrans keçirildi.

04 mart 2022 | 16:00

04 mart 2022-ci il tarixdə  5 Mart – Bədən tərbiyəsi və İdman Günü münasibəti ilə  “İdman həftəsi” çərçivəsində “Sağlam Bədəndə Sağlam Ruh” başlığı altında yekun konfrans keçirildi.  Samux rayon İcra Hakimiyyəti başçısı Alı Qocayevin iştirakı ilə keçirilən konfransda ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu, gül dəstələri qoyuldu.
Şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla andıqdan sonra, Azərbaycan Respublikasının Dövlət Himni ilə konfrans açıq elan olundu. Daha sonra “Sağlam Bədəndə Sağlam Ruh”  adlı videoçarx izlənidi. Videoçarx il ərzində keçirilmiş tədbirlərin fotoslaydından və Samux rayonunun uğur qazanmış idmanşılarından  götürülmüş müsahibədən bəhs edirdi. Videoçarx bitdikdən sonra cənab Alı Qocyev əlamətdar gün münasibəti ilə idmançılarımızı və idman ictimayətini təbrik etdi. Qeyd etdi ki, Prezidentimiz Cənab İlham Əliyevin dediyi kimi Azərbaycan idman ölkəsinə çevrilib. Ölkəmizin bu istiqamətdə uğur qazanamsında əlbəttdə ki, ölkə rəhbərliyinin və idmançıların rolu böyükdür. Alı Qocayev onu da qeyd etdi ki, uğurlarımızın daha çox olması üçün gənclər mütəmadi olaraq idmanla məşğul olmalıdır və idmanla məşğul olmaq üçün isə münbit şərait vacibdir. Bu məqsədlə də məktəblərin idman zalarında idman növlərini inkişaf etdirmək, yaxın gələcəkdə rayonda Olimpia mərkəzinin tikintisinə nail olmağın vacibliyini vurğuladı.
Daha sonra Samux rayon Gənclər və İdman idarəsinin rəisi Rəşad Qarayev il ərzində idman sahəsində görülmüş işlərin hesabatı iştirakçıların nəzərinə çatdırdı.
Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Faiq Aslanov məktəbin uğurlarından danışdı.
Konfransın yekunu olaraq “İdman Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə və il ərzində idman siyasətində fərqlənən şəxslər İcra Hakimiyyəti başçısı və idarə tərəfindən diplom, medal və fəxri fərmanlarla mükafatlandırıldı.

Keçidlər