Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda «Mahir Nişançı» güllə atıcılığına start verildi.

24 sentyabr 2014 | 15:00

Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə Gənclər İdman idarəsinin təşkilatçılığı ilə  SHXÇDX Samux rayon bölməsi və rayon Təhsil Şöbəsinin birgə əsasnaməsinə əsasən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Elton Xaləddin oğlu İsgəndərovun xatirəsinə həsr edilmiş “Mahir Nişançı” güllə atıcılığı üzrə rayon birinciliyinə start verildi. 23 sentyabr 2014-cü il tarixdə qrafikə uyğun olaraq Əhmədbəyli kənd tam orta məktəbdə açılış olmuşdur. Açılışda Milli Qəhrəmanımızın atası Xaləddin İsgəndərov, Gənclər və İdman idarəsinin rəisi Rəşad Qarayev, SHXÇDX Samux rayon bölməsinin əməkdaşı Rüstəm Xudiyev, Məktəb direktoru Etibar Abbasova, Milli Qəhrəmanın keçdiyi həyat yolundan, göstərdiyi sücayətlərdən iştirakçıları məlumatlandırmışlar. Sonra məktəbin 10 və 11-ci sinif şagirdləri öz bacarıqlarını göstərmişlər. Qalib olan 2 qız və 3 oğlan final mərhələsinə vəsiqə qazanmışdır.

Keçidlər