Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş "Xocalı qan yaddaşımız" mövzusunda anım tədbiri keçirilmişdir.

26 fevral 2022 | 16:00

Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının inzibati binasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş  "Xocalı qan yaddaşımız" mövzusunda anım tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları öncə Samux Şəhidlər Kimpleksinin önünə gül dəstələri qoymuş. Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının inzibati binasının foyesində məktəblilər tərəfindən hazırlanmış Xocalıya həsr olunmuş foto və əl işlərindən ibarət kompozisiyalara tamaşa edilmişdir. Daha sonra Xocalı soyqırımında həlak olan həmvətənlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir başladı.
Tədbiri giriş sözü ilə açan Samux  rayon İcra Hakimiyyətinin Başçısı, cənab Alı Qocayev bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin və Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 26-da Samux rayonunda  ağacəkmə aksiyası təşkil olundu. Xocalı şəhidlərinin əziz xatirəsinə 613 şam və digər həmişəyaşıl ağaclar əkildi. Aksiyada rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, gənc fəallar iştirak ediblər. Ağaclar Samux şəhərindəki Kür avtomobil yolunun kənarına əkilib.

Bakı vaxtilə saat 17:00-da respublikamızın hər yerində olduğu kimi, Samux rayonunda da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

Keçidlər