Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ilk dəfə olaraq “ Gənclərin İnkişaf Forumu” keçirildi.

24 fevral 2022 | 16:00

Samux rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin təşkilatçılığı, Samux Heydər Əliyev Mərkəzi, Samux Dövlət Aqrar İnkişaf Mərkəzi, Samux Gənclər və İdman İdarəsi, Samux rayon Təhsil Şöbəsi, YAP Samux rayon Gənclər Birliyinin və Samux şəhər S.Əliyev adına 2 saylı məktəbin dəstəyi ilə pandemiya qaydaları çərçivəsində Samuxda ilk dəfə olaraq  “ Gənclərin İnkişaf Forumu” keçirilib.
Forum dövlət himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükut ilə yad edilməsindən sonra öz işinə başlayıb. Forumun keçirilməsində əsas məqsəd region gənclərinin inkişafını təmin etmək, məşğulluğa cəlb etmək və regionda onların inkişafı üçün müəyyən şərait yaratmaqdan ibarətdir.

Qeyd edək ki, regionda gənclər sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması üçün yuxarıda qeyd olunan idarələr arasında anlaşma memorandumu imzalanmışdır. Bundan sonra regionda gənclərin inkişafı ilə bağlı layihələr birgə icra olunacaqdır.

Forumda qonaqları salamlamaq üçün ilk söz GİKM- in direktoru Kamil Məmişova verilib. Kamil müəllim bildirib ki, regionda gənclərin inkişafı üçün dövlət tərəfindən hər cür dəstək göstərilir. Samuxda yeni investorlar və layihələr cəlb edilir. Dövlət gənclər siyasəti regionlarda öz qaydasında davam edir. Region gəncləri yerli və beynəlxalq təmsilçilikdə ölkəmizi layiqincə təmsil edir.

Daha sonra isə söz Samux Gənclər və İdman İdarəsinin rəis müavini Rasim İmamquliyevə verilib. O, gənclər siyasəti ilə bağlı çıxış edib. Daha sonra regionlarda bu formatda forumların təşkilinin və region gənclərinin inkişafının hazırda çox önəmli məsələlərdən olduğunu qeyd edib, gənclərə göstərilən dövlət qayğısının hər zaman olduğunu və davam edəcəyini bildirərək əlavə edib.

Daha sonra çıxış üçün söz digər rəhbər şəxslərə verilib. Onlarda öz növbəsində çıxış edərək gənclərin intellektual yetişməsində regionda fəaliyyət göstərən gənclər təşkilatlarının əvəzsiz rol oynadığını bildirib. Könüllülük proqramları, gənclərin inkişaf modeli və gənc kadrların yetişdirilməsində təşkilatlar hər zaman öndə olub. Bu gün də dövlət siyasətinin bariz nümunəsidir ki, gənclərimiz üçün bu şərait yaradılır və gənclərə yol göstərilir.

Daha sonra forumda məşğulluq, mədəniyyət, regionda gənclər siyasəti, könüllülüyün imkanları və sahibkarlıq barədə spikerlər dinlənildi və gənclərin maraqlı sualları spikerlər tərəfindən cavablandırıldı.

Keçidlər