Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Gənclər və İdman İdarəsi, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Mahir Nişançı” güllə atıcılığı üzrə gənclər arası seçim turuna start verdi.

22 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikasi Milli Qəhrəmanı Elton Xaləddin oğlu İsgəndərovun xatirəsinə həsr edilmiş “Mahir Nişançı” güllə atıcılığı üzrə gənclər arası seçim turuna hazırlıq işləri ilə əlaqədar 22.09.2014-cü il tarixdə rayonumuzun qəsəbə və kənd məktəblərinin hərbi hazırlıq  müəllimlərinə Samux Gənclər və İdman İdarəsinin akt zalinda təlimatlandırıcı seminar-məşğələ keçirilmişdir. Tədbirdə Polis Şöbəsinin eyni zamanda SHXÇDX Samux rayon bölməsinin əməkdaşları iştirak etmişdir. Qarşılıqlı müzakirələr aparılmış, iştirakçılari maraqlandıran suallar cavablandırılmışdır

Keçidlər