Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində mobil qruplar ticarət obyektlərində əhali ilə maarifləndirici təbliğat işləri aparmışlar.

08 fevral 2022 | 16:00

Son günlər ölkə ərazisində COVID-19 infeksiyasına yoluxma sayının kəskin artması ilə əlaqədar Samux rayonunda da koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, rayonda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
   İcra hakimiyyəti aparatının məsul nümayəndələrindən, polis əməkdaşlarından və könüllülərdən ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ictimai nəqliyyatda, ticarət və ictimai iaşə obyektlərində reydlər keçirir, əhali arasında maarifləndirici təbliğat işləri aparırlar.
  İctimai nəqliyyatda və digər məkanlarda keçirilən növbəti reydlər zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, eyni zamanda, COVID-19 infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi bir daha ətraflı izah olunub. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində intizam tədbirləri həyata keçiriləcək.

Keçidlər