Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramovun təqdimetmə mərasimi keçirildi.

04 fevral 2022 | 16:00

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin  qərarı ilə  Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi ilə bağlı partiyanın yerli təşkilatlarında onlayn formatda təqdimetmə mərasimləri keçirilir.
Bu gün, 03 fevral 2022-ci il tarixdə Samux rayonunda Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri vəzifəsinə təyin edilmiş Bayramov Gündüz Çankay oğlunun təqdimetmə mərasimi keçirildi.Tədbirdə rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri iştirak etdi. Mərasimini giriş sözü ilə açan YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, müstəqil Azərbaycanın siyasi həyatında ən böyük və aparıcı partiya olan YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti və dövclətçiliyi qarşısında xidmətləri böyükdür. Bu gün Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatına  Bayramov Gündüz Çankay oğlu etimad göstərilərək sədr təyin edilmişdir. Bu münasibətlə Araz Xudadanov yeni təyin edilmiş sədri – Bayramov Gündüz Çankay oğlunu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Sonra Gündüz Bayramov çıxış edərək, ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına və  Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə öz dərin minnətdarlığı  bildirdi. G.Bayramov vurğuladı ki,  Partiya Rəhbərliyimizi  əmin etmək istəyirəm ki, YAP Samux rayon təşkilatının üzvləri  Azərbaycan dövlətçiliyinin qorunmasında, Vətənimizin hərtərəfli  inkişafı naminə aparılan böyük işlərdə daim Heydər Əliyev siyasətinə sadiq qalacaq və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri - Cənab İlham Əliyevə dəstək olacaqlar.
Daha sonra tədbir iştirakçılarına söz verildi. YAP Samux rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri Şəmistan Yusifov, Nurlana Həsənova və fəal partiya üzvü Rahil Həsənov çıxış edərək vurğuladılar ki, Gündüz Bayramov rayonun ictimai-siyasi həyatında daim fəal iştirak etmişdir. Rayon təşkilatının formalaşmasında və inkişafında onun böyük əməyi olmuşdur.Partiyanın rayon təşkilatına sədrlik etdiyi 15 ildə - ölkədə keçirilən bütün siyasi kompaniyalarda rayon təşkilatının yaxından və fəal iştirakını təmin etmişdir. Gənclərin partiya sıralarına cəlb olunmasına böyük önəm vermiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Bir sözlə, Gündüz Bayramovun siyasi fəaliyyətinin əsasını Heydər Əliyev ideyalarını, onun adını və şərəflini göz bəbəyi kimi qorumaq, Heydər Əliyev yoluna və bu yolun layiqli davamçısı İlham Əliyevə, doğma Vətənimizə Azərbaycana sədaqətlə xidmət etmək təşkil edir.Odur ki, Gündüz Bayramov bu vəzifəyə ən layiqli namizəddir.
YAP Samux rayon təşkilatının çoxsaylı üzvləri adından Gündüz müəllimi təbrik edir bundan sonrakı fəaliyyətində daim yeni-yeni uğurlar arzulayırıq!

Keçidlər