Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinə həsr olunmuş “Gənclər həftəsi” çərçivəsində “Azərbaycan Gəncləri Günü – 25” başlığı altında yekun konfrans keçirildi.

03 fevral 2022 | 16:00

02 fevral 2022-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux rayon nümayəndəliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinə həsr olunmuş “Gənclər həftəsi” çərçivəsində “Azərbaycan Gəncləri Günü – 25” başlığı altında yekun konfrans keçirildi.  Samux rayon İcra Hakimiyyəti başçısı Alı Qocayevin iştirakı ilə keçirilən konfransda ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu, gül dəstələri qoyuldu.
Şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla andıqdan sonra, Azərbaycan Respublikasının Dövlət Himni ilə konfrans açıq elan olundu. Daha sonra “Gənclər Günü – 25” adlı videoçarx izlənidi. Videoçarx il ərzində keçirilmiş tədbirlərin fotoslaydından və Samux rayonunun uğur qazanmış gənclərindən götürülmüş müsahibədən bəhs edirdi. Videoçarx bitdikdən sonra cənab Alı Qocyev əlamətdar gün münasibəti ilə gənclərimizi təbrik etdi. Qeyd etdi ki, 44 günlük Vətən Müharibəsinin zəfər sevincini məhz siz gənclər yaşatdı.  Daha sonra çıxış edən Samux rayon İcra Hakimiyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov,  Heydər Əliyev Mərkəzinin direktoru Nurlana Həsənova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux rayon nümayəndəliyinin direktoru Kamil Məmişov, Yaşat Fondunun Samux rayon üzrə nümayəndəsi Rəhim Məmmədov mövzu ətrafında çıxış edərək gənclərimizi təbrik etdilər.
Konfransın yekunu olaraq “Gənclər Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə və il ərzində gənclər siyasətində fərqlənən gənclər İcra Hakimiyyəti başçısı və idarə tərəfindən diplom, medal, kubok və fəxri fərmanlarla mükafatlandırıldı.

Keçidlər