Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhərində Vətən müharibəsi şəhidi Hümbətov Nurəddin İlqar oğlunun ailəsi və məzarı ziyarət olundu.

01 fevral 2022 | 16:00

Vətən müharibəsi şəhidi Hümbətov Nurəddin İlqar oğlunun ailəsi və məzarı ziyarət olundu.Görüşdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları,   şəhidin döyüş yoldaşı Şamo Abbasov və şəhidin yaxınları İştirak etdilər.Görüş zamanı şəhidin döyüş yoldaşı Şamo Abbasov  Nurəddinin döyüş yolu barədə ətraflı danışdı. Ordumuzun düşməni necə məğlub etməsi, Şuşa şəhərinin azad olunması uğrunda şəhidimizin necə qəhrəmancasına döyüşdüyü barəsində danışıldı. Daha sonra şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, dualar oxundu.Hümbətov Nurəddin İlqar oğlu 26 dekabr 1998-ci il tarixdə Samux şəhərində  anadan olmuşdur. Samux şəhər 1 saylı məktəb-liseyin  məzunudur. 2020-ci ildən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu  kimi  xidmətə başlayıb. 09 noyabr 2020-ci il tarixdə Şuşa-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 18 noyabr 2020-ci il tarixdə Samux şəhərində dəfn olunub. Şəhid  "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə",  "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin  azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.

 

Keçidlər