Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun İstixana kəndində səyyari görüşü keçirilmişdir.
16 sentyabr 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İstixana kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İstixana inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar oldu.
1. Məmmədova Vüsalə Tofiq qızı çıxışında kənddə poçt şöbəsinin açılması təklifini irəli sürdü
2. Namazova Ceyran Qurban qızı kənddə uşaq bağçasının açılmasını xahiş etdi
3. Məmmədova Gülnarə Səməndər qızı tibb məntəqəsinə əlavə otağın ayrılması təklifini irəli sürdü
4. Həsənov İsmayıl Bəşir oğlu isə içməli suyun verilməsi üçün 1 ədəd subartezian quyusunun vurulması təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.