Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatında “20 Yanvar-tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda onlayn konfrans keçirildi.

19 yanvar 2022 | 16:00

19 Yanvar 2022- ci il tarixdə YAP Samux rayon təşkilatında karantin dövrünün tələblərinə uyğun olaraq “20 Yanvar –tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda onlayn konfrans keçirildi. Əvvəlcə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Sonra konfransı açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  məruzə ilə çıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 32 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir.
Daha sonra konfransda çıxış edən fəal YAP üzvləri Şəlalə Tağıyeva, Aytən Məmmədova, Təhminə Əliyeva, Dilarə Əsgərova, Lalə Məmmədova və Şəmistan Yusifov çıxış edərək qeyd etdilər ki, şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik. Çünki 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu qanlı gecədə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Keçidlər