Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "Həmrəyliyimizin Zəfəri " mövzusunda konfrans keçirildi.

29 dekabr 2021 | 16:00

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar olaraq "Həmrəyliyimizin Zəfəri " mövzusunda konfrans keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirin mahiyyəti haqqında məlumat verən Samux MKS -nin əməkdaşı Tərifə Verdiyeva çıxış üçün ilk sözü Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova verdi. Daha sonra çıxış üçün söz alan Milli qəhrəman Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov, Samuxlu şəhid Talehin bacısı Qəmər xanım, qazilərdən Bəhruz Məmmədov, Vüsal Hüseynov, Samux rayon "Yeni Samux" qəzetinin baş redaktoru Azər Əhmədov, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar fikirlərini bölüşdülər. Xalqımızın öz Ali baş komandanı İlham Əliyevin ətrafında sıx birləşərək həmrəyliyi, birliyi sayəsində qazanılmış Zəfərdən, Zəfəri xalqımıza bəxş edən şəhidlərimizin dastanlara sığmayan qəhrəmanlıqlarından, qazilərimizin, döyüşçülərimizin şucaətindən danışıldı. Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə can sağlığı, xalqımıza xoş günlər firavanlıq arzulandı.
Samux rayon İstixana kənd tam orta məktəbin Azərbaycan dili müəllimi Salmanova Vəsilənin şagirdləri ilə birlikdə hazırladıqları 44 günlük Vətən savaşında Yurdun azadlığı uğrunda sağlamlıqlarını itirmiş qazilərimizdən bəhs edən səhnə nümayiş etdirildi. Sonda 31 dekabr həmrəylik gününün tarixindən bəhs edən sənədli film izlənildi.

Keçidlər