Samux Rayon Statistika İdarəsində təsərrüfatbaşına uçot sənədlərinin işlənilmsi qaydaları haqqında müşavirə keçirilmişdir.
Samux Rayon Statistika İdarəsində 21-23 dekabr 2021-ci il tarixlərində təsərrüfatbaşına kitabların 2021-ci il üzrə icra vəziyyəti və təsərrüfatbaşına uçot sənədlərinin işlənilməsi qaydaları ilə bağlı təlimati müşavirə keçirilmişdir. Müşavirədə Samux Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünü İdarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Rövşən Qurbanov, Samux Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov, rayon statistika idarəsinin işçiləri və Samux Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin məsul şəxsləri iştirak etmişdirlər.
Müşavirədə Samux Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov çıxış edərək təsərrüfatbaşına uşot sənədlərinin əhəmiyyətindən və müəyyən sosial, iqtisadi göstəricilərin əldə edilməsində rolundan danışdı. O qeyd etdi ki, son illər ərzində qəbul edilən bir sıra dövlət proqramlarının icrasında və dövlət tədbirlərinin həyata keçirilməsində təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarına istinad edilməkdədir. Xüsusilə təsərrüfatların mülkiyyətində və istifadəsində olan torpaq sahələrinə dair məlumatlar yuxarı idarəetmə orqanlarından daxil olmuş tapşırıqların icrası və təhlillərin aparılması üçün mühüm əhəmiyyət kəsb edir. İqtisadiyyatın inkişafına dair bir sıra qərarların qəbulu bu sahə ilə bağlı dəqiq məlumatların müvcudluğunu zəruri edir
İdarənin rəis müavini Məmmədov Allahverdi Nadir oğlu çıxış edərək, 2018-2022-ci və 2021-2025-ci illər üçün nəzərdə tutulmuş ev təsərrüfatlarının uçotunun ilkin sənədlərinin işlənilməsi qaydaları və bu sənədlərin elektron məlumat bazasındakı yekun nəticələri haqqında məlumat verdi. Mövcud uyğunsuzluqlar haqqında icra nümayəndəliklərinin məsul şəxslərinə məlumat verildi və onların aradan qaldırılması işində əməli köməkliklər göstərildi.
Müşavirədə təsərrüfatbaşına uçotun aparılması qaydaları barədə məsul şəxslər bir daha təlimatlandırıldı.
Samux Rayon Statistika İdarəsi