Samuxda “İlham Əliyev- davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Samuxda “İlham Əliyev- davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfrans keçirilib
Dekabrın 22-də Samux Rayon İcra Hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının təşkilatçılığı ilə “İlham Əliyev- davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfrans keçirilib.Tədbir iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Konfransı giriş sözləri ilə açan Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev bildirib ki, uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. İlham Əliyevin prezidentlik dövrünün 18 ilinin yekunları göstərir ki, Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir.Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.
Sonra konfransda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident İlham Əliyevin son 18 il ərzindəki fəaliyyətinə həsr olunmuş geniş nitq söyləyib. Prezident kimi xalqın inamını qazanmış Prezident İlham Əliyevin böyük tarixi şəxsiyyət olduğunu deyən G.Bayramov bildirib: “1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı”.
Daha sonra tədbirdə çıxış edən fəal YAP üzvləri Təhminə Əliyeva, Sərxan Abuzərov, Rasim İmamquliyev, Yadigar Bağırov və Zərifə Məmmədova Azərbaycan xalqının ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi gördüklərini ifadə ediblər. Çıxışlarda aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyətin xeyli yaxşılaşdığı qeyd edilib, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşmasının dövlətin prioritet vəzifəsinə çevrildiyi, güclü və dayanıqlı iqtisadiyyat yaradıldığı, ölkənin artan imkanlarının insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsinin təmin edildiyi nəzərə çatdırılıb.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordu yaradıldığndan da bəhs edilib. Qeyd edilib ki, məhz güclü ordu və peşəkar komandanlıq, düzgün idarəetmə və strategiya, habelə yüksək vətənpərvərlik ruhu, Ali Baş Komandanın xalqı öz ətrafında yumruq kimi birləşdirmə məharəti Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin edib.