Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində "Qələbəni xalqımıza bəxş edən sərkərdə" mövzusunda tədbir keçirildi.

21 dekabr 2021 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində "Qələbəni xalqımıza bəxş edən sərkərdə" mövzusunda tədbir keçirildi. Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Aygül Cabbarova, Mərkəzin əməkdaşı Gülay Namazova öz çıxışında bildirdi ki, Dünya miqyasında öz xüsusi çəkisi, yeri olan İlham Əliyev xalqını dünyaya tanıdan, özü də yeni bir tarix yazan liderlərdən, sərkərdələrdəndir.
Tarix boyu Azərbaycanda çox hökmdar, rəhbər, prezident olub. Şah İsmayıl Xətaidən sonra yeganə başçıdır ki, işğalda olan torpaqlarımızı geri alıb, düşmənləri bu ərazidən çıxarıb. Bu günümüzün reallığı, qazandığımız hərbi zəfərimizdir.
200 ilə yaxındır ki, bədnam, qəsbkar, mənfur qonşularımız – erməni faşistləri xalqımıza qənim kəsilib, torpaqlarımıza göz dikib. Tarixin bütün dönəmlərində öz havadarlarının – böyük dövlətlərin dəstəyi və himayəsi ilə zaman- zaman Vətən torpağımızı işğal və ilhaq edərək, xalqımızı etnik təmizləməyə, soyqırıma məruz qoyublar. Özlərini cəzasız görən erməni millətçiləri daha da azğınlaşaraq, bu iyrənc siyasətlərini davam etdiriblər.
Son 30 il ərzində erməni faşistlərinin doğma torpaqlarımızda həyata keçirdiyi vəhşiliklər isə heç bir çərçivəyə sığmır. Onlara xalqımız tərəfindən tutarlı, həlledici zərbə vurulmasının vaxtı gəlirdi...
Bu vaxt isə özünü çox gözlətmədi.
2020-ci ilin sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin münaqişə zonasında təmas xəttini pozaraq mövqelərimizə etdikləri hücuma cavab olaraq müzəffər, nizamlı Azərbaycan ordusu əks hücuma keçərək düşmənə ard- arda ağır zərbələr endirərək,onları böyük insan və ərazi itkisinə məruz qoydular.
Bəli, uğur dalınca uğur, zəfər dalınca zəfər bizi müşayiət etdi. 30 il həsrətində olduğumuz Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının və bir çox yaşayış məntəqəsinin düşməndən geri alınması qələbəyə gedən yolumuzu daha da tezləşdirdi. 30 il bizi, dünya ictimayyətini, ATƏT-in Minsk qrupunu aldadan Ermənistan rəhbərliyi sözdə sülh tərəfdarı olduğunu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkünlüyünü bəyan edirdi, əməldə isə tam əksinə, Dağlıq Qarabağda, Füzulidə, Cəbrayılda, Ağdamda, Ağdərədə beton konstruksiyalı, müasir, müdafiə istehkamları quraraq, torpaqları qaytarmamaq üçün bədnam, hiyləgər planlarını həyata keçirirdi. Ağır itkilər, şəhidlər hesabına bu istehkamlar dağıdıldı, düşmənin 60 % hərbi texnikası, minlərlə əsgər və zabiti məhv edildi, çox sayda hərbi texnika və silah-sursat qənimət olaraq götürüldü.
Bu gün Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Cənab prezident işğaldan azad olunmuş bütün bölgələrə şəxsən gedərək özü bir başa nəzarətində saxlayır. Xalqının rifahı uğruna heç nəyi əsirgəməyən, xalqına Zəfər bəxş edən sərkərdədən bəhs edən film nümayiş etdirildi.

Keçidlər