Samux rayonunda "Sağlam ol" layihəsi çərçivəsində narkotikin insan orqanizminə göstərdiyi mənfi təsirlər barəsində tədbir keçirildi.
Samux rayonunda Samux Rayon İcra Hakimiyyətinin dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin təşkilatçılığı ilə "Sağlam ol" layihəsi çərçivəsində narkotikin insan orqanizminə göstərdiyi mənfi təsirlər barəsində tədbir keçirildi. Tədbirdə Samux rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun Baş Əməliyyat Müvəkkili polis mayoru Elvin Orucov, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux rayon 1 saylı məktəb- liseyin müəllimi Aysel Əliyeva və məktəbin şagirdləri iştirak etdilər. Tədbirdə gənclərə Narkomaniyanın insan orqanizmində göstərəcəyi təsirlərdən, bu bəlada necə uzaq durmalı və s. mövzularda polis mayoru tərəfindən gənclərə ətraflı məlumat verildi.
Tədbirin əsas məqsədi yeniyetmələrə narkomaniya və digər zərərli vərdişlərin mənfi nəticələri barədə geniş məlumat verməkdən ibarət olub.
Tədbirdə çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin direktoru Kamil Məmişov və digər şəxslər narkomaniya və digər zərərli vərdişlərin insan sağlamlığına vurduğu zərərlər, cəmiyyətdə yaratdığı sosial bəlalar haqqında iştirakçılara ətraflı məlumat veriblər, məktəblilərin sualları cavablandırılıb.
Sonda mövzuya aid maarifləndirici video-çarx nümayiş etdirilib.