“Samux Rayonunda Qadınların ictimai-siyasi fəallığı və karyera “ mövzusunda elmi praktik konfrans keçirildi.
16 Sentyabr 2014 –cü il tarixində Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatı və Samux Rayon Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə “Samux rayon Qadınların ictimai-siyasi fəallığı və karyera “ mövzusunda elmi praktik konfrans təşkil edildi.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin müavini Kəmalə Xəlilova, Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının aparat rəhbəri Sevinc Xəlilova, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktoru Şəhla Abdullayeva, Samux rayon Təhsil Şöbəsinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının ilk partiya təşkilatlarının fəal qadınları, rayonun bütün idarə və təşkilatlarında çalışan qadınlar və QHT nümayəndələri iştirak edirdi.
“Qadın, ailə və cəmiyyət”, “Dünyada və Azərbaycanda Qadın”, “Qadın və onun cəmiyyətdə rolu”, “ Karyera və problemlər”, “Regionda qadın” və s. mövzularda çıxışlar oldu, müzakirələr zamanı Samux rayon qadınların ictimai siyasi həyatda rolu istiqamətində təkliflər irəli sürüldü.
Tədbirdə karyera qurmuş fəal qadınlarla yanaşı, karyera qurmaq istiqamətində fəaliyyət göstərən gənc xanımlar da çıxış etdilər.