Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Təhsil Şöbəsinin Fəaliyyət planına uyğun olaraq növbəti Təhsilyanı Şura iclası keçirilib.

14 dekabr 2021 | 16:00

İclasda təhsil şöbəsinin əməkdaşları və şöbənin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorları iştirak edib.
Öncə iş planına uyğun olaraq, Qovlarsarı kənd tam orta məktəbində və Füzuli kənd ümumi orta məktəblərinin təlim-tərbiyə,tədris-pedaqoji və metodiki işin təşkilini, sənədləşmə işlərinin aparılmasına dair yoxlamaların arayışları oxunub. Məktəblərdəki müəyyən nöqsanların aradan qaldırılması üçün müəyyən tövsiyələr olunub, çatışmazlıqların aradan qaldırılması üçün təhsil şöbəsi tərəfindən müvafiq tapşırıqlar verilib.
İclasda "Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, korrupsiyanın qarşısının alınması və dövlət orqanlarının, həmçinin, ümumi təhsil müəssilərinin fəaliyyətdə şəffaflığın gücləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi, layihələrin hazırlanması, müəssisələrin işinin düzgün qurulması mövzusunda maarifləndirmə söhbəti aparılmışdır. Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova qeyd etmişdir ki, təhsil müəssisələri bütün fəaliyyəti Azərbaycan Respublikasının qanunvericilik aktları, təhsil qanunvericiliyi əsasında tam şəffaf, qərəzsiz, açıq formada yerinə yetirməlidir. Bununla bağlı hər hansı təzad,maraqların toqquşması yarana biləcəyi hallarda təhsil şöbəsinə məlumat verilməlidir.
Eyni zamada şagird-məzun sisteminin, UTİS məlumat bazasının işlənmə vəziyyəti və fəaliyyəti əhatə edən digər məsələlər də müzakirə olunmuşdur.

Keçidlər