Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhərindən olan 44 günlük Vətən müharibəsinin şəhidi Musayev Ayxan Mehman oğlunun şəhadətinin ildönümü qeyd edildi.

29 noyabr 2021 | 16:00

Samux  şəhərindən olan 44 günlük Vətən müharibəsinin şəhidi  Musayev Ayxan Mehman oğlunun ildönümü qeyd edildi. Gəncə şəhər şəhidlər xiyabanında dəfn olunmuş şəhid Musayev Ayxan Mehman oğlunun məzarı və ailəsi ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi.  Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tahir Qarayev çıxışı zamanı Vətən müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlunun keçdiyi şərəfli döyüş yolundan, torpaqlarımızın işğaldan azad edilməsi zamanı döyüşlərdə göstərdiyi şücaətdən, 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışdı .
Vətən müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlu   22 sentyabr 2000-ci il tarixdə Samux şəhərində  anadan olmuşdur. Gəncə şəhər 06 saylı tam orta məktəbdə təhsil alıb. Həqiqi hərbi  xidmətdə olan əsgər kimi bir çox döyüşlərdə fəal iştirak etmiş, böyük şücaət və qəhrəmanlıq göstərmişdir. 08 noyabr  2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. 28 noyabr 2020-ci ildə xəstəxanada şəhadətə qovuşub. 29 noyabr 2020-ci il tarixdə Gəncə şəhər Şəhidlər Xiyabanında  dəfn olunub. Şəhid  torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və  hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə"   medalları ilə təltif edilib. Subay idi.
Allahdan bütün şəhidlərə rəhmət diləyirik.

Keçidlər