Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsi şəhidinin şəhadətinin ildönümü keçirildi.

28 noyabr 2021 | 16:00

Samux rayonunun Çobanabdallı kəndindən olan 44 günlük Vətən müharibəsinin şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun ildönümü qeyd edildi.  Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tahir Qarayev çıxışı zamanı Vətən müharibəsi şəhidi  Məmmədli Həsən Qəhrəman  oğlunun keçdiyi şərəfli döyüş yolundan, torpaqlarımızın işğaldan azad edilməsi zamanı döyüşlərdə göstərdiyi şücaətdən, 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışdı . Şagirdlər Vətən müharibəsindən, Azərbaycan Ordusunun şanlı zəfərindən bəhs edən vətənpərvər şeirlər söylədilər.
Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlu 08 iyul 1995-ci il tarixdə Samux rayon Çobanabdallı kəndində  anadan olmuşdur. Samux rayon Qarabağlar  kənd tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin  müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Ali təhsilli idi. Samux rayon Çobanabdallı kənd tam orta məktəbinin direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışırdı. İxtisasca müəllim olan şəhid Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak etmişdir.  05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 28 noyabr  2020-ci il tarixdə Samux rayonunun Çobanabdallı kəndində  dəfn olunub. Şəhid  torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə   "Vətən uğrunda",  "Hərbi xidmətlərə görə",  "Cəbrayılın  azad olunmasına görə", "Qubadlının  azad olunmasına görə" və "Laçının  azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
--
Rustam Ramizli

Keçidlər