Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə anıldı.

26 noyabr 2021 | 16:00

44 günlük Vətən müharibəsinin şəhidi  Maşıyev Asəf Volodya oğlunun doğum günü ilə bağlı  məzarı ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, şəhidin valideynləri, yaxınları və rayon ictimaiyyəti iştirak etdi. Vətən müharibəsi və  şəhidin döyüş yolu haqqında danışıldı .
44 günlük Vətən müharibəsinin şəhidi Maşıyev Asəf Volodya oğlu 26 noyabr 1982-ci il tarixdə Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Samux rayon Füzuli kənd tam orta məktəbinin məzunudur. İlk öncə Cəmşid Naxçıvanski adına hərbi-liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2006-ci ildə leytenant kimi xidmətə başlayıb. Uğurlu və peşəkar xidmətinə görə mayor rütbəsinə qədər yüksəlib. Vətən müharibəsi zamanı qızğın döyüşlərdə kəşfiyyat komandiri kimi yüksək peşəkarlıqla və qəhrəmancasına döyüşüb. 29 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə itgin düşüb. 10 dekabr 2020-ci il tarixdə Samux rayonunun Füzuli kəndində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Evli idi. Fatimə adlı qızı, Əliheydər və Əlihüseyn adlı oğlan övladları var.

Keçidlər