Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “22 noyabr- Ədliyyə işçilərinin peşə bayramı” günü münasibəti ilə tədbir keçirildi.

22 noyabr 2021 | 16:00

22 noyabr 2021-ci il tarixində Samux rayonu İcra Hakimiyyəti binasının konfrans zalında “Ədliyyə işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdən əvvəl rayonun “Heydər” parkında Ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə tədbir iştirakçıları tərəfindən gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbirdə İcra Hakimiyyəti Başçısının Birinci müavini,  İcra Hakimiyyətinin bir sıra məsul işçiləri, hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbiri Samux rayon İcra Hakimiyyəti  Başçısının Birinci müavini Tahir Qarayev açaraq başda Ədliyyə Naziri Fikrət Məmmədov olmaqla bütün ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik etmiş, Azərbaycan Respublikasında ədliyyə orqanlarının rolu, ədliyyə sisteminin tarixi, bu günü və ölkə başçısının ədliyyə orqanlarına və işçilərinə qayğısı haqqında geniş nitq söyləmişdir.
Bundan sonra Samux rayon Məhkəməsinin sədr əvəzi Səadət Zeynalova keçirilən bu  bayram münasibəti ilə ətraflı məruzə etmişdir.

Keçidlər