Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi doğum günündə böyük ehtiramla yad edildi.

18 noyabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun Ziyadlı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Yusifov Taleh Gündüz  oğlunun doğum günü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşlar, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən  diqqət və qayğıdan danışdı .Yusifov Taleh Gündüz  oğlu 18 noyabr 1994-cu il tarixdə Samux rayonunun Ziyadlı  kəndində anadan olmuşdur. Samux rayon Ziyadlı kənd tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin  müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə yollanıb. 04 noyabr 2020-ci ildə Laçın  istiqamətində gedən döyüşlərdə şəhid olub. 27 noyabr  2020-ci ildə Samux rayon Ziyadlı  kəndində dəfn olunub. Şəhid  "Vətən uğrunda" , "Hərbi xidmətlərə görə" , "Qubadlının  azad olunmasına görə" , "Laçının  azad olunmasına görə" və “Cəbrayılın azad olunmasına görə” medalları  ilə təltif edilib. Subay idi.Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər